Türkiyə İdlibə əlavə hərbi texnika göndərdi

Türkiyə Suriyanın İdlib şəhərinə əlavə hərbi texnika göndərir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, hərbi TIR-lar Kilis üzərindən İdlibə keçib. Ötən gün isə Türkiyə bölgədəki müşahidə məntəqələrinə təxminən 35 hərbi avtomobildən ibarət əlavə texnika göndərib.

Qeyd edək ki, fevralda Əsəd qüvvələrinin İdlibdə Türkiyə ordusuna aid konvoyu hədəf aldıqdan sonra bölgədə müşahidə məntəqələrinin sayı 38-ə çatdırılıb. Türkiyə ordusu bu tarixdən bəri 8 mindən artıq hərbi TIR, tank və hərbi radar sistemlərindən ibarət əlavə texnika göndərib.

pia.az