Xalq artistinin səhhəti pisləşdi

Azərbaycanın Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Space TV-nin əməkdaşı Amil Xəlil məlumat verib.

Jurnalist deyib ki, Şeyxin səhhəti qəfildən pisləşdiyi üçün ev şəıraitində müalicə olunur.

Amil Xəlil müvafiq dövlət qurumlarını Xalq artistinin qeydinə qalmağa səsləyib.

pia.az