Əsgərlərə göndərilən sovqatı oğurlayıb satdılar - Tovuz əhalisi hiddətləndi

“Tovuzda əhali əsgərlər üçün siqaret, su, ərzaq və s. alıb aparıb. Kəndə gedən postda polislərə təhvil veriblər. Polislərdən biri əsgərlərə göndərilən 4 blok siqareti, ərzağı oğurlayıb, satıb”.

"BakuPost" xəbər verir ki, bu barədə Həbib Müntəzir sosial şəbəkə hesabında yazıb.

H.Müntəzirin iddia etdiyinə görə, əsgərlərə göndərilən sovqatı oğurlayan şəxs DSK sədrinin övladıdır:

"Bundan sonra kənddə qırğın düşüb. Polis də kim olsa yaxşıdır, 106 saylı seçki komissiyası sədri İlqar Hüseynovun oğlu, polis serjantı Babək Hüseynov. Əsgər payı oğurlayan işindədir, azadlıqdadır, gəzir”.

pia.az