REAL-ın Milli Şuraya cavabı gecikmədi - Mağara düşüncəlililər...

Natiq Cəfərli: “Başda duranların əksəriyyətinin mağara düşüncəli olmasına baxmayaraq...”

““Zoom Parkın” növbəti seriyası yayılıb, sivil dünyadan bixədər bir qrup marginal yığışıb yenə bizi, yəni REAL-ı təhqir ediblər. Dərdləri bu oğru sistem deyil axı, çünki oğurluqdan həmişə, 27 ildir pay alıb dolanıblar, əsas işləri bizik, varlığımız onlara təhlükədir, çünki sistemin bir parçasıdırlar, biz isə sistemdənxaric "doğulmuşuq”. PİA.az xəbər verir ki, bu sözləri REAL Partiyasının funksioneri Natiq Cəfərli deyib.

O, qeyd edib ki, başda duranların əksəriyyətinin mağara düşüncəli olmasına baxmayaraq MŞ-da, AXCP-də gənc fəallar, ürəklə, səmimi şəkildə prosesə qoşulanlar var.

“Əsasən onlar təqiblərə, həbslərə məruz qalırlar, olmaz belə! Kimsə ölkədə günahsız həbs, siyasi baxışlarına görə təqib edilməməlidir! Günahı olmayanlar dərhal azad olunmalıdır!”, - deyə Cəfərli vurğulayıb.

Qeyd edək ki, sosial mediada Milli Şuranın Koordinasiya Şurasının üzvlərinin “Zoom” vasitəsilə keçirilən növbəti gizli konfransının bir parçası yayılıb. Videoda REAL Partiyası və təşkilatın funksioneri Natic Cəfərli haqqında təhqiramiz ifadələr işlədilir. (ayna.az)

pia.az