Pənah Hüseynovun 81 yaşlı əmisi könüllü orduya yazıldı - Foto

Sabirabad rayon Qaraqaşlı kənd sakini, 1939-cu il təvəllüdlü Tofiq Hüseynov könüllü orduya yazılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində qeydiyyatdan keçib. 81 yaşlı T. Hüseynovun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Onun Kuba, Vyetnam və Rusiyanın hərbi hissələrində 3 il 8 ay təcrübə qazandığı qeyd edilir.

Tofiq Hüseynovun Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin əmisi olduğu bildirilir.

pia.az