Müğənni İbrahim Borçalının 20 yaşlı oğlu qəzada öldü - Foto

Müğənni İbrahim Borçalının oğlu Rəhim Həsənov ağır avtoqəza keçirərək həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə Nazilə Səfərli öz instagram hesabında məlumat verib.

"Başımıza qar yağdı yenə. İbrahim Borçalının bircə oğlu avtoqəzada dünyasını dəyişdi. Bakıya gəlirmiş”.

Qeyd edək ki, müğənninin 20 yaşlı oğlu Gürcüstanda qəzaya düşüb.

pia.az