"Survivor" iştirakçılarından Azərbaycan şəhidləri ilə bağlı - Videoçarx

"Survivor" iştirakçıları Tovuz istiqamətində döyüşlərdə həlak olan Azərbaycan şəhidləri ilə bağlı video-çarx hazırlayıblar.

PİA.az xəbər verir ki, Cemal Can Cansevən, Mert Ocal, Barış Murat Yağçı, Berkan Karabulut, Sercan Yıldırım, Ersin Korkut, Evrim Keklik və Yusuf Karakaya şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı veriblər.

Sözügedən videonu "Survivior" da yarışan və oyunu yarımçıq tərk edən idmançı Pərviz Abdullayev paylaşıb.

Qeyd edəki ki, Pərviz “Survivor Panarama” verilişində də ermənilərin Azərbaycana hücumundan danışmışdı.

pia.az