Azərbaycanlı gənclər Polşada ermənilərə güc göstərdilər - Aksiyanın videosu

Ermənistan-Azərbaycan sərhədində, konret olaraq Tavuş və Tovuz rayonlarının sərhdyanı kəndlərində artilleriya döyüşlərinin şiddətlənməsi ilə əlaqədar olaraq özlərini haqlı tərəfə sayan ermənilər bu gün Polşada Azərbaycan səfirliyinin qarşısında təxribat törətmək istəyiblər.

Musavat.com-un Polşada yaşayan həmvətənlərimizdən aldığı verdiyi xəbərə görə, yumurtalarla silahlanmış erməni gənclər səfirliyimizi yumurta "atəş"inə tutumaq fikrində olublar. Onların bu niyyətindən xəbər tutan azərbaycanlılar səfirliyin qarşısına tığışaraq bayraq qaldırıblar, şüarlar səsləndiriblər. Polşa polisi qarşıdurma yaranacağını nəzərə alaraq erməniləri səfirliyə yaxın buraxmayıblar.

Aksiyada “Qarabağ”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz – Vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirilib.

Bildirilir ki, nümayişdə 200-dən çox azərbaycanlı iştirak edir.

Aşağıda həmi aksiyanın videogörüntüsünə baxa bilərsiniz:

pia.az