Devid Bekhemin klubu "Barselona"ya təklif göndərdi

ABŞ-ın MLS çempionatında çıxış edən "İnter Mayami" klubu İspaniya "Barselona"sına rəsmi təklif göndərib... 

"Report" "Don Balon"a istinadən xəbər verir ki, Amerika komandası Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Arturo Vidalı heyətinə qatmaq niyyətindədir.

Klubun sahibi sabiq futbolçu Devid Bekhem çilili oyunçunu ABŞ-a gətirmək istəyir.

Qeyd edək ki, Arturo Vidal cari mövsüm 40 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

pia.az