Pənah Hüseyndən döyüşən əsgərlərə çağırış: "Vur, əsgər, vur"

P.Hüseyn öz təəssüratlarını "Vur, əsgər, vur" başlığı altında sosial şəbəkədə paylaşıb...

Azərbaycam milli azadlıq hərəkatının liderlərindən olmuş, 1993-cü ildə ölkənin baş naziri postunu tutmuş Pənah Hüseyn dünən gecə şəhərin mərkəzində keçirilən "Orduya dəstək" yürüş-mitinqinin iştirakçılarından olub. Musavat.com xəbər verir ki, P.Hüseyn öz təəssüratlarını "Vur, əsgər, vur" başlığı altında sosial şəbəkədə paylaşıb. Pənah Hüseynin statusu aşağıdakı kimidir:

"Bakıda dünən gecəki möhtəşəm aksiya, Şəhidləri ziyarət aksiyası düşmənə də, dosta da, bütün dünyaya da göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti küll halında Qarabağ uğrunda Vətən müharibəsinə, ölüm-dirim savaşına hazırdır, diridir, Qarabağ məsələsində birdir, bir yerdədir! Aksiyaya aid yerdə qalanı təfərrüatdır.

Vur əsgər vur! Canımız sənə fəda olsun! Allah səni qorusun!".

pia.az