Cəbhədə vəziyyət gərgindir - İtkilər var

Arzu Nağıyev bildirib ki, cəbhə istiqamətində intensiv atışmalar gedir...

"Ümumi vəziyyət çox gərgindir”. PİA.az xəbər verir ki, bunu Qazet.az-a açıqlamasında Millət vəkili Arzu Nağıyev deyib.

Arzu Nağıyev bildirib ki, cəbhə istiqamətində intensiv atışmalar gedir: "Bütün artilleriya qurğularından istifadə edərək intensiv atışmalar gedir. Həm Tovuzun Dondar Quşçu kəndi istiqamətində, həm də digər istiqamətdə. Şükürlər olsun ki, panika yoxdur. Hazırda atışma sakitləşib”.

Millət vəkili, həmçinin bildirib ki, hər iki tərəfdən itkilər var.

pia.az