Ermənilər Tovuzun kəndlərini minaatanlardan və topdan atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub... 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

pia.az