Dünyada son gündə 230 mindən çox yeni yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb...

PİA.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb, 5 285 pasiyent dünyasını dəyişib.

Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb.

pia.az