Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var - Müdafiə Nazirliyi

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar...

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər iki tərəfdən itki var.Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.İctimaiyyətə əlavə məlumat veriləcək.

pia.az