Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 44 min 798 nəfərə çatıb

Son 24 saat ərzində Böyük Britaniyada koronavirusdan 148 nəfər həyatını itirib və beləliklə, ölənlərin sayı 44 min 798-ə çatıb... 

Musavat.com xəbər verir ki, rəsmilər ölüm hallarının yenidən artmasına səbəb kimi karantin qaydalarının yumşadılmasını görürlər.

Ötən gün Böyük Britaniyada koronavirusa yoluxanların sayı isə 820 nəfər olub. Beləliklə də ümumilikdə Böyük Britaniyada koronavirusa yoluxanların sayı 288 min 953 nəfərə çatıb.

pia.az