ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 3,3 milyonu ötdü

ABŞ-da ötən sutka koronavirusa yoluxma hallarının sayı 61 mini ötüb... 

Musavat.com xəbər verir ki, ötən gün ərzində infeksiyaya yeni 61 719yoluxma aşkar edilib.

Pandemiyanın başlanğıcından dünyada 12,8 milyondan çox insan koronavirusa yoluxub, təxminən 568 min nəfər ölüb.

ABŞ koronavirusa yoluxma hallarının sayına (3,55 milyon insandan çox) dünyada liderdir. Birləşmiş Ştatlar həm də 134 mindən çox insanın ölümü ilə pandemiya qurbanlarının sayına görə dünyada birincidir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az