Messidən növbəti rekord göstərici

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasında yeni rekorda imza atıb... 

PİA.az goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu sözügedən çempionatda bir mövsüm ərzində 20-dən çox qola və məhsuldar ötürməyə imza atıb.

O, buna La Liqanın 36-cı turu çərçivəsində qarşılaşdıqları "Valladolid"lə oyunda komandasının vurduğu yeganə qolun ötürməsini verməklə nail olub.

Hazırda Messinin hesabında 22 qol, 20 məhsuldar ötürmə var.

pia.az