Kəmaləddin Heydərov prezidenti aldadıbmı? - Ambulans qalmaqalının pərdə arxası

FHN-ə aid modul tipli hospitalın açılışında nümayiş etdirilən ambulansların Kəmaləddin Heydərova aidiyyatı varmı?..

“Sözü keçən ambilanslar doğrudan da “Medistyle Hospital” aiddir və pandemiyadan sonra özəl kilnikaya qayratılacaq”. Bu məlumatı PİA.az-a TƏBİB-dəki mənbə bildirib.

Qeyd edək ki, prezident İlham Əliyevin iyulun 6-da açılışını etdiyi Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, FHN-ə aid modul tipli hospitalın açılışını etdikdən sonra, Almaniyada yaşayan jurnalist Həbib Müntəzir yeni açılan hospitala aid iki ədəd “Mercedes Benz Sprinter” markalı təcili yardım maşının əslində təzə olmadğını və rəsmi sənədlərdə maşınlar 2010-cu ildə “Medistyle Hospital” tərəfindən alındığını bildirmişdi. Jurnalistin bu araşdırmasından sonra yerli mətbuatda Məntəzirə istinad edəırək Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun prezident İlham Əliyevi aldatması ilə bağlı iddialar səsləndirilmişdi.

Bununla bağlı PİA.az-ın qeyri-rəsmi sorğusunu cavablandıran TƏBİB əməkdaşı bildirib ki, bəhs edilən iki ədəd “Mercedes Benz Sprinter” markalı təcili yardım maşınları doğrudan da “Medistyle Hospital”a aiddir və hələ də aid olmaqda davam edir. Bu məsələnin FHN-lə heç bir əlaqəsinin olmadığını bildirən mənbə qeyd edib ki, ambulanslar TƏBİB tərəfindən FHN-ə aid modul tipli hospitala gətirilib: “Həmin ambulanslar müvəqqəti olaraq TƏBİB tərəfindən “Medistyle Hospital”dan icarəyə götürülüb və modul tipli hospitala təhkim edilib. Pandemiya bitdikdən sonra isə ambulanslar yenidən “Medistyle Hospital”a qaytarılacaq”, deyə mənbə bildirib.

pia.az