Yaponiyada koronavirusdan ölənlərin sayı minə yaxınlaşır

Yaponiyada ötən gündən COVID-19 virusuna 408 nəfərin yoluxması təsdiqlənib... 

Musavat.com xəbər verir ki, aprel ayının 24-dən sonra ölkədə gündəlik yoluxma ilk dəfə 400 nəfərdən çox olub.

Bütövlükdə Yaponiyada indiyədək koronavirusa 21 min 888 nəfər yoluxub. Onlardan 995 nəfəri ölüb, 18 min 310 nəfəri isə sağalıb.

pia.az