Daha bir prezident koronavirusa yoluxdu

Komanda üzvləri arasında koronavirusa yoluxanlar aşkarlandığı üçün Boliviya prezidenti Cenin Anez koronavirus testi etdirib...

PİA.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Açıqlamaya görə, prezidentin də testi pozitiv çıxıb. 53 yaşlı Anez vəziyyətinin yaxşı olduğunu və karantində də işləməyə davam edəcəyini vurğulayıb:

“Özümü yaxşı və güclü hiss edirəm. Bu böhrandan qurtulmaqda bizə kömək edən bütün boliviyalılara təşəkkür edirəm. Virusa birlikdə qalib gələcəyik”.

Qeyd edək ki, Boliviyada bugünədək 44 min 113 nəfər virusa yoluxub, 1638 nəfər isə virus səbəbilə ölüb.

pia.az