Qərbi azərbaycanlılar ayrıseçkilik edən həmyerlilərini istefaya göndərdilər - Foto

Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov Qərbi Azərbaycan İrəvan Respublikasının (QAİR) bütün strukturlarından istefa verib...

PİA.az xəbər verir ki, bu barədə QAİR-in dünənki videokonfarnsında qərar qəbul edilib. Rizvan Talıbova qarşı bu addımın səbəbi isə onun sosial şəbəkədə yazdıqları olub. “Qərbi Azərbaycanlılar, Azərbaycan xalqının avanqardı, aparıcı qüvvəsi olduqlarını bir daha sübut etdilər!!! Azərbaycan xalqına həqiqi Haqq-Ədalətin və Azadlığın nə olduğunuda bu toplum yaşadacaqdır!!! Yaşa, daim var ol,ey Azərbaycan cəmiyyətini tam sönməyə, məhv olmağa qoymayan, Azərbaycanın nicatı, xilası olacaq Qərbi Azərbaycanın şanlı, mübariz oğul və qızları!!!”, - Rizvan Talıbov yazıb.

QAİR-in toplantısında Rizvan Talıbovun yazdıqları müzakirə olunub və bu fikirlərin Azərbaycan xalqının ən çox ehtiyac duyduğu həmrəyliyə, milli birliyə zidd olduğunu qeyd edilib. Toplantı iştirakçıları Rizvan Talıbovdan həmin statusu silərək paylaşımlardan qaldırmasını və üzr istəməsini tələb ediblər. R. Talıbovun yazdığı statusu silməkdən imtinasının və sərgilədiyi mövqenin yolverilməz olduğu bildirilərək istefası tələb olunub və nəticədə o, Qərbi Azərbaycan İrəvan Respublikasının bütün strukturlarından istefa verib. İstefa Millət Şurası tərəfindən qəbul edilib.

Rizvan Talıbov isə istefasını bu cür əsaslandırıb: “Konfransda müzakirəyə çıxardılmış bəzi lazımsız məsələlərə etiraz olaraq, mən Rizvan Talıbov mühacir hökümət strukturundakı bütün vəzifələrdən istefa verdim. 08 iyul tarixindən Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi bu tərkiblə mühacir hökümət qurmağın mümkünsüzlüyünü nəzərə alaraq, bu proyektdən hələlik kənara çəkildiyini bəyan edirəm. Bu barədə geniş,detallı məlumatımız olacaq”.(Yenisabah.az)

pia.az