Ramiz Mehdiyevin xalası oğlu koronavirusdan vəfat etdi - Foto

Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib...

Mərhum bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.

Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.

Qorxmaz Abbasov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin yaxın qohumu (tam dəqiqləşdirə bilmədiyimiz məlumata görə xalası oğludur) imiş.Moderator

Fotoları təqdim edirik

pia.az