“Əsəb, stress, gərginlik qırmızı həddə yaxınlaşıb” - Xəbərdarlıq

"Karantin məsələsi çox uzandı. Artıq bunun ciddi fəsadları görünməkdədir. İnsanlar evlərinə çörək pulu apara bilmir. Vəziyyət çox ağırdır. İntihara cəhdlər var"...

Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, insanlarda əsəb, stress, gərginlik, pulsuzluq qırmızı həddə yaxınlaşıb: "Əvvəllər insanlarımız xəstəliyi ciddi qəbul etmirdilərsə, indi bu barədə ümumiyyət düşünmürlər. Çünki maliyyə çətinliyi ilk yerdə gəlir. İnsanlar 5-10 manat qazanc üçün 100-200 manatlıq cərimə olunmaq riskini göz önünə alırlar. Müəyyən dövrdən sonra proseslər idarəolunmaz səviyyəyə gələ bilər. Hökumət bu barədə ciddi düşünməlidir".

pia.az