"Bu, məni çox qorxudur" - Leyla Quliyeva

Aparıcı Leyla Quliyeva "1 AzTV" proqramına qonaq olub...

O, aparıcı Mehin Hümbətovanın suallarını cavablandırıb.

Aparıcı robotlarla bağlı suala isə "Robotların geniş vüsət alması məni qorxudur. Ropod, 3D animasiya aparıcıları.. Onların inkişafı real insanın varlığına təsir edir" cavabını verib.

L.Quliyeva dünyaca məşhur "Jeopardy!" şousunun Azərbaycan versiyası "61"in aparıcısı olmasından söz açıb. O, bütün dünyada proqramı kişilərin apardığı halda, tək Azərbaycanda xanımın seçilməsindən danışıb:

"Lisenziyalı bir layihə idi. Orada aparıcıya qoyulan meyarlar var idi: yeri gələndə sərt, yeri gələndə mülayim olmalı idin. Demirəm ki, məndə bütün meyarlar var. Səbəbi bilmədim, sadəcə seçim turlarından sonra deyildi ki, uyğunam.

İntelektual veriliş aparmağı həmkarlarıma təklif edirəm. Əgər sizə deyilirsə, etiraz etməyin. Özümüz də öyrənirik. Biliklərimizi təzələyir, zənginləşirik".(axşam.az)

pia.az