Ərdoğanı təhqir edən məşhur türk aktyorlarına cinayət işi açıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdikləri üçün məşhur aktyorlar Metin Akpınar və Müjdat Gezenə qarşı cinayət işi açılıb...

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, 75 yaşlı Müjdat Gezen və 77 yaşlı Metin Akpınar prezidenti təhqir etməkdə ittiham olunurlar. Anadolu Cəza Məhkəməsi artıq məsələ ilə bağlı prosesə başlayıb. Qərara əsasən aktyorlar yaxın günlərdə hakim qarşısına çıxarılacaq. İttiham qəbul olunarsa aktyorları 4 il 8 aya qədər həbs cəzası gözləyir.

Türkiyə mətbuatının yazdığına görə, aktyorlar 2018-ci ildə "Halk TV"-də qonaq olarkən prezident Rəcəb Tayyip Ərdoğan haqqında tənqidi fikirlər səsləndiriblər. Həmin vaxt aktyorlar polis bölməsinə çağrılmış və barələrində ölkə xaricinə çıxmaq qadağası qoyulmuşdu.

pia.az