"Deyirlər, özünə kişi, sponsor axtarır" – Pərvin Abıyeva  

“Oğlanlarla pula görə bir yerdə olmuram”...

"Kişi axtarmıran. Ətrafımda yetərincə kişi var: istər kasıb, istər pullu. Belə bir məqamda seçim ancaq mənə düşür. Mən onları seçə bilərəm, onlar məni yox".

PİA.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ona şəxsi həyatı ilə bağlı ünvanlanan sualları cavablayarkən deyib. O, özünə sponsor axtarır deyənlərə də sərt cavab verib:

"Deyirlər, özünə kişi, sponsor axtarır. İnanın ki, bu mənim üçün iki vur ikidir. Münasibətdə olduğum heç bir oğlan deyə bilməz ki, Pərvin mənimlə pula görə bir yerdə olub, ona nəsə etmişəm, pul xərcləmişəm. Buna başımla cavabdehəm. Kənardan elə görünür ki, Pərvin oğlanla ancaq puluna görə bir yerdədir".(Yenisabah.az)

pia.az