Kür çayında batan gəncin meyiti tapılıb - Yenilənib

15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb...

Kür çayında batan gəncin meyiti tapılıbKürdəmirdə Kür çayında batan gəncin meyiti tapılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Salam Baxşıyevin meyiti batdığı yerdən bir neçə metr aralıda tapılaraq aidiyyəti üzrə təvəhvil verilib.

***

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.

pia.az