Belarus klubunun 10 futbolçusu COVID-19-a yoluxdu

Belarusun “Dinamo” (Brest) futbol klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb...

Sport.ua xəbər verir ki, klubda 15 nəfərin testi müsbət nəticələnib.

Onlardan 10-nun futbolçu olduğu açıqlanıb.

Qeyd edək ki, “Dinamo” (Brest) futbol klubu 16 turdan sonra 26 xalla Belarus çempionatının turnir cədvəlində beşinci sırada qərarlaşıb.(oxu.az)

pia.az