Azərbaycanda qaçaqmalçı karantin qaydalarını pozdu

Azərbaycan dövlət sərhəddini pozmaqda, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyen, karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasında ittiham olunan şəxsin barəsində cinayət işi başlanıb...

PİA.az xəbər verir ki, Qasımov Rəşad Ramiz oğlunun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (e pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, bu bəcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Rəşad Qasımovun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaq orqanı Nəsimi rayon Məhkəməsinə təqdimat göndərib.

Hakim Cəmilə Musayevanın sədliyi ilə baş tutan iclasda istintaq orqanın təqdimatı təmin olunub.

Rəşad Qasımovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq başlanıb.

pia.az