Lənkəranda məmurun evinin yanıb? - Rəsmi açıqlama - Yenilənib

Lənkəran Şəhər İcra Hakimiyyəti yanğın hadisəsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib...

PİA.az-a daxil olan məlumatda deyilir:

“Yanğın hadisəsi indi deyil, 02 iyul 2020-ci il tarixdə saat 14:00 radələrində baş verib.

Lənkəran rayonunun Xanbulan kəndi sakini, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatında şöbə müdirinin müavini 1974-cü il təvəllüdlü İmanlı Asif Abdulağa oğluna məxsus ümumi sahəsi 192 kv-m olan yaşayış evinin 50 kv-m hissəsi yanıb.

FHN-nin Cənub Regional Nəzarəti İdarəsi tərəfindən verilən məlumata əsasən yanğın elektrik avadanlıqlarının istismar qaydalarının pozulması səbəbindən baş verib”.

***

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Asif İmanovun villasında yanğın baş verib.

PİA.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.(Pravda.az)

Yanğınla bağlı görüntünü tədqim edirik:

pia.az