AQTA və polisdən birgə əməliyyat - 150 kiloqram yararsız at əti aşkarlanıb - Foto,Video

Bakının Qaradağ rayonunda at kəsimi ilə məşğul olan şəxsin qanunsuz əməlinin qarşısı alınıb...

PİA.az xəbər verir ki, Lökbatan massivində yerləşən fermanın həyətində atların kəsilməsi ilə məşğul olan şəxs Azərbaycan Qida Təhlükəsizlik əməkdaşları tərəfindən ifşa edilib. AQTA-nın Bakı Regional Şöbəsi və Qaradağ rayon polis idarəsinin əməkdaşları ilə birgə fermaya baxış keçirilib. Müəyyən olunub ki, atlar qanunsuz olaraq antisanitar şəraitdə 1982-ci il təvəllüdlü Babayev Füzuli Hidayət oğlu tərəfindən kəsilib. Kəsim üçün hazır olan beş at və kəsilərək hazır vəziyyətə gətirilən 150 kiloqram ət müsadirə olunub. O cümlədən ata məxsus içalatlarda fermanın xüsusi olaraq hazırlanmış otaqlarından aşkar edilib.

F.Babayev bildirib ki, həmin atların əti təmizdir və özü də o ətdən istifadə edir.

AQTA-nın Bakı Regional Şöbəsinin rəis müavini Elxan Məmmədovun sözlərinə görə, ətlərdən nümunələr götürülərək ekspertizaya göndərilib. Bundan başqa qurum bu cür halların qarşısını almaq üçün reydlərə davam edəcək.

##galery##

pia.az