Bakıda qəza - avtomobil ahıl kişinin ayağının üstündən keçdi

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

PİA.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Qarayev Vaqif Vasya oğlunun ayağının üstündən avtomobil keçib.

Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan V. Qarayeva sağ ayağının pəncəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(Report)

pia.az