Əhalinin planlaşdırılması və yoxsulluq: Pandemiyanın yaratdığı iqtisadi fəsadlar davam edir...

Əgər məşğulluq yaradılmasa, gənclər arasında işsizlik kimi daha böyük problemlər yarana bilər. Çünki işsiz gənclərin ideoloji qruplar və terrorizm tərəfindən istismar edilməsi daha asandır...

Esfender Korkmaz“Yeniçağ” qəzeti, Türkiyə, 1 iyul 2020-ci il

Bir ölkənin gəlir artımını adambaşına düşən ÜDM göstərir. Məsələn, Türkiyədə 2019-cu ildə ÜDM artımı müsbət 0,9% təşkil edib. 2019-cu ildə əhalinin artım tempi isə 1,39% təşkil edə bilər. Bu şərtlərdə Türkiyədə adambaşına düşən ÜDM artım tempi əvvəlki ilə nisbətən azalaraq mənfi 0.48 olub.

Türkiyə kimi inkişaf etməkdə olan ölkələrdə xarici borcları ödəmək, qənaət etmək, sərmayə yatırmaq, təkmilləşmək üçün inkişafı təmin etmək və bəşəri investisiyaları artırmaq ilk əvvəlcə gəlir artımı yaratmaq lazımdır. Ölkələrə görə dəyişsə də, adambaşına düşən ÜDM ən azı 5% artmalıdır.

Əhalinin artımı həm təhsil və səhiyyə kimi infrastruktur xərclərinin artmasını tələb edir, həm də işçi qüvvəsini artırır. Artan əmək üçün də yeni iş imkanları yaratmaq lazımdır.

İnkişaf etməkdə olan ölkələrdə əhalinin artım tempi yüksəkdir. İnkişaf etmiş ölkələrdə isə miqrasiya problemi var. Buna görə, inkişaf etməkdə olan ölkələrin əhali siyasəti olmalıdır. İnkişaf üçün “Optimum əhali” planı hazırlamalıdırlar.Əhali siyasəti əhalinin sayını, yaşayış sahələrini, iş sahələrini, iş vaxtını və əhali quruluşunu (tərkibini) müəyyən edən siyasətdir. Optimal nüfuz inkişaf səviyyəsinə və ölkələrə görə fərqlənir. Zamanla geosiyasi problemlərə görə də dəyişə bilər. İqtisadi baxımdan deyə bilərik ki, əhalinin optimum planlaşdırılması adambaşına düşən ÜDM-ni və ölkənin inkişafını maksimuma çatdırmaq üçün ölkə əhalisinin kəmiyyət və keyfiyyət baxımından planlaşdırılmasıdır.

Əhali quruluşu da ölkənin inkişafında bir fürsət yarada bilər. İşçi çatışmazlığı olan ölkələrdə əhali artımı bu boşluğu dolduracağı üçün ÜDM-də əhalinin artım tempindən daha yüksək artım əldə edilə bilər. Əhalinin ümumi sayında əmək qabiliyyətli əhalinin payının, yəni aktiv əhalinin artması potensial artıma müsbət təsir göstərə bilər. Çünki aktiv əhali istehsal edən əhalidir. Ancaq, eyni zamanda, əgər məşğulluq yaradılmasa, gənclər arasında işsizlik kimi daha böyük problemlər yarana bilər. Çünki işsiz gənclərin ideoloji qruplar və terrorizm tərəfindən istismar edilməsi daha asandır.

Türkiyənin gənc və dinamik əhaliyə sahib olması Türkiyə və Avropa Birliyi üçün də bir fürsət yaradır. Lakin hər iki tərəfdə də dar düşüncəli və ideoloji cəhətdən problemli siyasətçilər bu potensialı qiymətləndirə bilmədilər.

İnkişaf etməkdə olan ölkələrdə əhalinin artım tempi hazırda 4.5 ilə 1.5% arasında dəyişir və bunlar yüksək nisbətlərdir. İnkişaf etməkdə olan ölkələrdə isə əhalinin ümumi artımı bir faizdən aşağıdır. Əksər inkişaf etməkdə olan ölkə yoxsulluq həddini aşa bilmir, çünki əhalinin artım tempi ÜDM-nin artım tempindən belə yüksəkdir.

Ədəbiyyatlatda iki yoxsulluq tərifi var. Biri mütləq yoxsulluqdur, yəni aclıq həddindən aşağıda yaşayanlar bura aid edilir. Təcrübədə isə bir insanın və ya ev xalqının yaşaması üçün tələb olunan minimum əsas ehtiyaclar müəyyənləşdirilir. Sonra da bu əsas ehtiyacları ödəmək üçün lazımi gəlir müəyyənləşdirilir. Bu gəlirdən aşağı qazananlar mütləq yoxsullardır.

Nisbi yoxsulluq isə eyni cəmiyyətdə qidalanma, həyat səviyyəsi və cəmiyyətdə ümumi hesab edilən fəaliyyətlərin əlçatan olub olmaması ilə müəyyən edilir. Dünya Bankının praktiki təsvirinə görə, kasıb ailə və ya fərdlə, həmin cəmiyyətdə yaşayan və mövcud şərtlərə görə, orta gəlir əldə edən ailə və ya fərd arasındakı gəlir mənbəyi qazanmaq qabiliyyəti fərqli şəkildə ifadə edilir”.

Yoxsulluq dairəsinə girən ölkələr bu dövrdən ancaq sürünə-sürünə sağ çıxa bilərlər. Əvvəlcə əhali siyasətləri olmalıdır. Sonra mövcud mənbələrdən səmərəli istifadə edilməli və onlar xarici qaynaqlara olan ehtiyacı azaltmaqla daim artım təmin etməlidirlər.

Bu il pandemiya bütün dünyada yoxsulluq nisbətini artıracaq. Dünya iqtisadi konyukturasının yaxşılaşdırılması, həyata keçirilən siyasətlər, yeni bir addım (məsələn, informasiya texnologiyaları sahəsində ixtisaslaşma) və kənd təsərrüfatının inkişafı kimi addımlar inkişaf etməkdə olan ölkələrin yoxsulluqdan çıxmaq cəhdlərini dəstəkləyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az