Oxu.Az-ın 7 yaşı tamam oldu

Bu gün Oxu.Az xəbər portalının yaranma günüdür...

Xəbər portalının 7 yaşı tamam olur.

Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.

24 saat fəaliyyət göstərən Oxu.Az Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.

Saytın komandası oxuculara daim yeni və maraqlı materiallar təqdim edir, yeni rubrikaları oxucuların ixtiyarına verir.

PİA.az kollektivi olaraq Oxu.Az-da çalışan bütün həmkarlarımızı təbrik edir, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayırıq!

pia.az