Xaçmazda avtomobillər toqquşub - ölən var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib...

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 29-u saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

pia.az