Qazaxda kanala düşən kişinin meyiti Ağstafada tapılıb

Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən su kanalında kişi meyiti tapılıb...

Su kanalında tapılan meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Hazırda mərhumun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.

İlkin məlumata görə, Qazax rayon ərazisində 60 yaşında olan kişi ehtiyatsızlıqdan su kanalına düşərək boğulub. Onun meyiti su kanalının Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisindən keçən hissəsində tapılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

pia.az