PKK terrorçusu sağ ələ keçirildi

Türkiyənin Mardin vilayətində terrorçulara qarşı həyata keçirilən əməliyyatda bir terrorçu sağ ələ keçirilib...

PİA.az xəbər verir ki, əməliyyat Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilib. Açıqlamaya görə, əməliyyat nəticəsində 1 ədəd “Kalaşnikof” tüfəngi, 2 ədəd qumbara və çox sayda silah-sursat aşkarlanıb. (Yenisabah.az)

pia.az