Kürdəmirdə bir nəfər Kürdə batıb

Kürdəmirdə bir nəfər Kürdə batıb...

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

pia.az