Kürdəmirdə qadından silah aşkar edildi

Kürdəmir şəhər sakinində pnevmatik tapança aşkarlanıb...

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyatı əldə edilmiş məlumat əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İ.Həşimovanın evindən pnevmatik tapança aşkar edilərək götürülüb.

pia.az