Eynulla Fətullayevdən Əli Kərimliyə “bəy tərifi”: “Əli Kərimli siyasətçidir...”

“Əli Kərimlinin müsahibələrini dinləyirəm, İlqar Məmmədovun çıxaşlarını dinləmirəm”...

PİA.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.

Haqqin.az saytınln baş redaktoru, müxalif siyasətçi Əli Kərimli haqqında davamlı olaraq tənqidi məqalələr yazan Eynulla Fətullayev AXCP sədri haqqında tərif dolu fikirlər səsləndirib. Digər müxalif siyasətçilərlə Əli Kərimlini müqayisə edən Eynulla Fətullayev heç kimin gözləmədiyi halda özünün əsas tənqid hədəfini öyüb:

“Əli Kərimlinin müsahibələrini dinləyirəm, İlqar Məmmədovun çıxaşlarını dinləmirəm. Çünki İlqar Məmmədovun ictimai fikrin formalaşmasında rolu sıfıra bərabərdi. Əli Kərimli siyasətçidir, natiqlik məharəti var, fikirlə oynayır, fikir formalaşdırır, İlqar Məmmədov isə maraqsızdır, fikirlərini ifadə etməkdə çətinlik çəkir, siyasi təfəkkürü yoxdur, əvvəlki roluna - uğursuz bloggerçiliyə dönüb. Özü də maraqsız bloggerdi. Tam səmimi fikrimdir...”.

E.Fətullayev qeyd edib ki, İsa Qəmbər isə, ümumiyyətlə, tarixə çevrilib: “Daha doğrusu tarixi boşluğa. Müsavat isə bu tarixin kölgəsində unudulub, ya da boşluqda batıb. Tofiq Yaqublu qladiatordu, amma savadsızdır. Etirazın önündə ola bilər, lakin tribunada yeri yoxdur. Müxalifətdə siyasi fiqur qaldımı? Xeyr! Bir insanın əski mətbəxinə sığınan ictimai etiraz. Qəribədir...”

pia.az