Bərbərxana və gözəllik salonlarında böyük tıxac... - Video

Operativ Qərargah tərəfindən fəaliyyəti məhdudlaşdırılan obyektlərə bərbərxanalar və gözəllik salonları da daxildir...

Bu gündən etibarən belə obyektlər işləməyəcək. Bu isə ötən gün gözəllik salonlarında vəbərbərxanalrda böyük növbələrin yaranmasına səbəb olub.

Gözəllik salonlarında iynə atsan yerə düşməz. Karantin rejimin tətbiqi və bununla əlaqədar gözəllik salonlarının fəaliyyətinin 2 həftəlik bağlanmasını nəzərə alan insanlar salonlara axın edib.

Salonda çalışan ustalarda bu günün əvvəlki günlərdən fərqləndiyini bildiriblər. Adi günlərdə 4-5 müştəriləri olurdusa bu gün isə gec saatlara kim müştəriləri var.

Gözəllik salonları ilə bərabər bərbərxanalarda da bu gün iş adi günlərdən fərqli olub. İlk görünüşdə də burda insan sıxlığı müşahidə edilib.

Bərbərlərdə bu gün işlərinin adi günlərdən daha çox olduğunu bildiriblər.

pia.az