Sərt karantin günlərində çimərliklər fəaliyyət göstərəcək? — Rəsmi açıqlama

Yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək çimərliklərdən istifadə qadağandır...

PİA.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.   

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozan şəxslər məsuliyyət daşıyır.

pia.az