Rusiyaya qarşı şok həmlə: Ordu hərəkətə keçdi

“Amerika hökuməti Rusiyanı Ərəb dünyasından sıxışdırıb çıxarmaq üçün daim Liviyaya hərbi qüvvə göndərmək barədə düşünür”...

Bu barədə RİA "Novosti"nin yaydığı məlumatda bildirilib.

Məlumatda Liviyaya hərbi qüvvə göndərməyi planlaşdıran ABŞ-ın bu ölkədə daimi qalacağı iddia edilib. Xəbərə görə, ABŞ qüvvələri Liviyanın qərb bölgələrinə doğru hərəkət etməyə başlayıb.

Almaniyanın Ramşteyn bazasını tərk edən Amerika hərbi qüvvələrinin paytaxt Tripoli və Masratada yerləşəcəyi bildirilib. ABŞ qüvvələrinin hərəkətə keçməsindən sonra Rusiyanın Sirtə şəhəri yaxınlığındakı qırıcıları qiyamçı Haftar ordusunun Əl-Cəfrə bazası üzərində manevr etməyə başlayıb.

pia.az