"Baktelecom" abunəçilərinin internet təminatında fasilə yaranıb

Qısa qapanma səbəbindən "Baktelecom" abunəçilərinin internet təminatında fasilə yaranıb...

"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

MMC-dən verilən məlumata görə, nəticədə bəzi "Baktelecom" abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb.

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.(APA)

pia.az