"Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, durumun ciddiliyinin vətəndaşlar tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün media təmsilçiləri və jurnalistləri "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatına qoşulmağa dəvət edib.

Bu barədə İ.İbrahimova öz Facebook səhifəsində məlumat yayıb:

O qeyd edib ki, bu gündən Media Hərəkatına qoşulanlar virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcək.

"Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.

Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın. Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək. Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk".

Hərəkata qoşulan jurnalistlər və ictimai fəalların siyahısını təqdim edirik:

İradə İbrahimovaAynur CamalRəşad MəcidVüqar RəhimzadəEmin MusəviNurşən QuliyevLəman ƏləşrəfqızıMehriban MəmmədovaMurad ƏliyevElçin ZahiroğluƏfqan QafarlıMahir MəmmədliHəbibə AbdullaElnur MəhərrəmliGülşən RaufqızıNamidə BingölSəmayə MəmmədovaElnur KələntərovGünay MalikqızıLeyla AbdullayevaGünay YelmarqiziAzər QismətRamina EyvazqızıSəbuhi QafarovƏlişir ƏhədMais AğayevVüqar HüseynovRəvanə ƏliyevaSamir ƏliAnar NəcəfliAyaz MirzayevMehman MehdiyevGünay ElşadqızıKəmalə NamazovaPərvanə İbrahimovaZöhrə ƏliyevaGülnaz QənbərliEsmira NaxçıvanlıElməddin QuliyevElman CəfərliAysel AzadArifə ƏliyevaAzər Qaramanlıİlahə VəliyevaOrxan KərimovCəsarət Valehov Rahilə İbrahimqızıTahirə ÖztürkElnarə KərimovaVəsilə VahidqızıZəminə ƏliyevaYaqut ƏliyevaNatiq AxundovAlçina AmilqızıZeynəb KazımovaVüsal Məmmədli

pia.az