“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək

1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb.

“Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.

Mənbədən verilən məlumata görə, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:

“Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq”.(oxu.az)

pia.az