FHN: Kürdə batan şəxslərin axtarışları davam etdirilir

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb...

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları davam etdirilir. Axtarış işlərinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları axtarışlara cəlb olunub.

pia.az