Azərbaycan çempionunun 22 potensial rəqibi bəlli olub

Çempionlar Liqasının 2020/21 mövsümünün 33 iştirakçısı bəllidir...

54 ölkə təmsilçilərinin mübarizə aparacağı yarışın müəyyənləşən iştirakçıları müxtəlif mərhələlərdən turnirə qoşulacaq.

Çempionlar Liqası və Avropa Liqasının qalibinin kimliyindən asılı olaraq 79-81 komandanın qatılacağı qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin 6 iştirakçısı məlumdur. Digərlərindən biri pley-off, ikisi III, biri II, biri isə I təsnifat mərhələsindən yarışa qoşulacaq.

Azərbaycan çempionunun mübarizəyə başlayacağı I təsnifat mərhələsinin isə daha çox – 22 iştirakçısının adına aydınlıq gəlib. Bunlar təmsilçimizin potensial rəqibləridir.

Çempionlar Liqası 2020/21 mövsümünə vəsiqə qazanan klublarİlkin mərhələÇempionlar yolu“Tre Fiori” (San-Marino)

I təsnifat mərhələsiÇempionlar yolu“Omoniya” (Kipr)“Srvena Zvezda” (Serbiya)“Dinamo” Br (Belarus)“Seltik” (Şotlandiya)“Astana” (Qazaxıstan)“Molde” (Norveç)“Dyurqarden” (İsveç)“Ferensvaroş” (Macarıstan)“Dandalk” (İrlandiya)“Şerif” (Moldova)KuPS (Finlandiya)“Reykyavik” (İslandiya)“Sarayevo” (Bosniya və Herseqovina)“Suduva” (Litva)“Riqa” (Latviya)“Flora” (Estoniya)“Fola” (Lüksemburq)“Floriana” (Malta)“Konnah” (Uels)“Klaksvik” (Farer adaları)“Dinamo” T (Gürcüstan)“Europa” (Cəbəllütariq)

II təsnifat mərhələsiLiqa yolu“Alkmaar” (Niderland)

III təsnifat mərhələsiLiqa yolu“Renn” (Fransa)“Gent” (Belçika)

Pley-off mərhələsiÇempionlar yolu“Ayaks” (Niderland)

Qrup mərhələsi“Liverpul” (İngiltərə)“Bavariya” (Almaniya)“Borussiya” D (Almaniya)PSJ (Fransa)“Marsel” (Fransa)“Brügge” (Belçika)(apa)

pia.az