Şəhriyar Del Gerani koronavirusa qalib gəldi

Bir neçə gün əvvəl koronavirusa yoluxan yazıçı-şair Şəhriyar Del Gerani müalicə aldığı xəstəxanadan evə buraxılıb...

Bu barədə o, Feysbuk hesabında məlumat verib:

“Dünənki təkrar müayinədən sonra "Yeni Klinika” tibb müəssisəsinin direktoru Dr. Pərviz Abbasov tərəfindən səhhətim asimptomatik dəyərləndirildi və ambulator müşahidəyə göndərildim. Bu gündən etibarən ev şəraitində özümü bir müddət izolyasiya etməliyəm".

Ev şəraitində müalicəsinin davam etdirdiyini bildirən Şəhriyar Del Gerani özünü yaxşı hiss etdiyini qeyd edib:

“Covid 19-la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Bütün düşünən insanlar kimi mən də özümü bu mübarizənin əsgəri hesab edir və bütün müstəvilərdə bu möhtəşəm xalqa xidmət etməyi özümə şərəf bilirəm. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylə çıxsın".

pia.az