Abid Şərifov: “Kaş ki, Allah Heydər Əliyevdən birini də bu xalq üçün yetirəydi"

"Azərbaycan tarixində Heydər Əliyev kimi ikinci dahi şəxsiyyət olmayıb və bundan sonra da olmayacaq"...

Bunu Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov bildirib.

Uzun illər mərhum Heydər Əliyevlə bir komandada çalışdığını vurğulayan A.Şərifov bundan böyük iftixar hissi keçirdiyini söyləyib: "Rəhmətlik Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü böyük işləri heç bir lider edə bilməzdi. Heydər Əliyev bir möcüzə idi. Allah o kişiyə rəhmət etsin, qəbri nurla dolsun. Biz nə qazanmışıqsa, Heydər Əliyevin hesabına qazanmışıq. O kişi böyük şəxsiyyət idi. Kaş ki, Allah ondan birini də bu xalq üçün yetirəydi".(Demokrat.az)

pia.az